Avqustun 11-də Səbael rayon Məhkəmnəsi hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.
Bu barədə vəkil Adəm Məmmədov Amerikanın Səsinə bildirib.
Your browser doesn’t support HTML5
C.Hüseynova Cinayət Məcəlləsinin 307.1, 307.2-ci (cinayəti bilib gizlətmə) maddəsi ilə ittiham elan olunub.
Vəkil futbolçu barəsində həbs qərarından apelyasiya şikayəti veriləcəyini bildirib.
Vəkilin sözlərinə görə, Rasim Əliyevin ölümü ilə bağlı Cavid Hüseynovun həbsindən əvvəl də 2-3 nəfər tutulub.
Jurnalist Rasim Əliyev C.Hüseynov qohumları tərəfindən avqustun 8-də döyülüb və avqustun 9-da 1 saylı Kliniki Tibii Mərkəzində vəfat edib.
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq jurnalist Rasim Əliyevin ölümü ilə bağlı birgə məlumatına görə, avqustun 8-də saat 18.00 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.
Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.