Jurnalistin ölümü ilə bağlı futbolçunun bibisioğlunun saxlandığı deyilir

Rasim Əliyev

Bakı Şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, prosesdə əsas iştirakçı kimi adı keçən futbolçunun bibisioğlu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Digər şəxslərin isə yeri müəyyənləşdirilib və yaxın saatlarda onların da saxlanılması istiqamətində tədbirlər görüləcək.

Bu barədə ictimaiyyətə geniş açıqlama veriləcək.