Mümkündür ki, bir gün dünyanın bir çox şəhərində çatdırılma xidməti göstərən robotlarına rast gələk. Ən son bu cür robor İtaliyada inkişaf etdirilib. O, şəhəri özü dolaşıb, bağlamaları insanların evlərinə çatdırır. Bu cihaz elektriklə işlədiyi üçün, onun çirklənməyə səbəb olan yanacaqla işləyən çatdırılma maşınlarına ekoloji cəhətdən təmiz alternativ olduğu deyilir.
Yape təyinat nöqtəsinə dəqiqlər ərzində çata bilir. O, 24 saat boyunca hər cür hava şəraitində işləyə bilir. O, öz-özünə səkilər və velosiped cığırlarında hərəkət etdiyi üçün, tıxaclardan yayınır.Simon Fiorenti
Yape adlı çatdırılma robotu İtaliyanın şimalında Kremona şəhərinin küçələrini dolaşır. Robot batareyası bir dəfə doldurulandan sonra sensorlar və GPS-dən istifadə edərək 50 kilometrlik məsafə qət edə bilir.
Robotun həm-təsisçisi deyir ki, Yape artan şəhərdaxili çatdırılma tələbatına cavab olaraq yaradılıb.
“Yape təyinat nöqtəsinə dəqiqlər ərzində çata bilir. O, 24 saat boyunca hər cür hava şəraitində işləyə bilir. O, öz-özünə səkilər və velosiped cığırlarında hərəkət etdiyi üçün, tıxaclardan yayınır,” deyə Simon Fiorenti bildirir.
Applikasiya Yape-ə bağlamanı haradan alıb, hara çatdıracağını bildirir. Andorid üz tanıma alqoritmi vasitəsilə göndərən şəxsi müəyyən edir. Bağlamanı qəbul edəcək şəxs isə applikasiyadan istifadə edərək robotun hərəkətlərini izləyə bilər. Yape ona gətirdiyi bağlamanı evin önündən alması üçün dəqiq zamanla bağlı bildiriş göndərir.
Robotun müşahidə kameraları var. Beləcə əgər kimsə onun qapağını açıb, bağlamanı oğurlamaq istəsə, robot nəzarət mərkəzinə xəbərdarlıq göndərir.
Yape italiyalı bu turistin xoşuna gəlir.
“Bəli, Mən insan kuryer əvəzinə Yape-dən istifadə edərdim,” Cianni Kantatore deyir.
E-Novia bu robotdan binalar və fabriklərdə əşyaları daşımaq üçün istifadə etmək ehtimalını araşdırır.
“Misal üçün, ondan xəstəxanada dərmanların və ya kitabxanada sənədlərin çatdırılmasında istifadə oluna bilər,” Fiorenti söyləyir.
Şirkət Yape-i gələn il bazara təqdim etməyi planlaşdırır.