Minlərlə insan baharın "Sakura" festivalına tamaşa etmək üçün Vaşinqtona toplaşır. Artıq albalı ağacları tam çiçək açdığından "Sakura" paradı şənbə günü Vaşinqtonun mərkəzində keçiriləcək.
Ceferson Memorialı yaxınlığındakı minlərlə albalı ağacını Yaponiya Birləşmiş Ştatlara 1912-ci ildə dostluq simvolu olaraq hədiyyə edib.
Gözəllik və mədəniyyət rəmzi olan "Sakura" festivalı üç həftə davam edəcək.
Gözəllik və mədəniyyət rəmzi olan "Sakura" festivalı üç həftə davam edəcək.