Sabiq Liberiya prezidenti Çarlz Teylor müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər maddələri altında ona oxulan hökmü apellyasiya məhkəməsinə verməyi planlaşdırır.
Sierra Leone üzrə xüsusi məhkəmə çərşənbə axşamı açıqladığı qısa bəyanatda Teylorun vəkillərinin apellyasiya məramlarını açıqladıqlarını xəbər verib.
Məhkəmə ötən ay Teyloru Sierra Leonedə vətəndaş müharibəsi zamanı törətdiyi qətliamlara görə 50 il həbs cəzasınaməhkum edib.
Hakimlər onu 11 maddənin hamısı üzrə təqsirli biliblər. İttihamlara qətl, zorlama, seksual quldarlıq və uşaqların əsgərliyə cəlb olunması daxildir.