Kanada alimləri yuxunun asinxron olduğunu aşkar edib [Video]

Your browser doesn’t support HTML5

Hesablamalara görə, Birləşmiş Ştatlarda təxminən 40 milyona qədər insan yuxusuzluqdan əzab çəkir. Lakin yeni, bəlkə də ilk araşdırmaların məqsədi insanların hansı səbəbdən yata bilib bilmədiyini müəyyən etmək idi.

Kanada alimləri yuxu ilə bağlı araşdırmalarında Tanzaniyanın Hadza tayfasından istifadə edib. Alimlər buna səbəbin Hadza tayfasının yaşadığı ətraf mühitin milyonlarla il bundan əvvəli ətraf mühitlə eyni olduğunu göstərirb. Torontonun Missisaqa universitetindən David Semson: “Onlar planetin havanın ən az çirklənən bölgəsində yaşayır. Qərbin post-sənaye kontekstində yaşayan 99 faiz insanın hər biri yüngül çirklənməyə məruz qalır. Beləliklə, Hadza xalqı demək olar ki, heç bir işıq çirklənməsinə məruz qalmır."

Araşdırmaçı alim David Semson deyir ki, Hadza xalqı bizim əcdadlarımız yaşadığı kimi yaşyır. “Onlar yaşamaq üçün yemək axtaran insanlardır, yəni onlar ovçudurlar. Onlar bizim əcdadlarımızın 1,8 milyon il əvvəl yaşadığı ekologiya mühitində yaşayır və eyni yaşam strategiyasından istifadə edirlər. Yəni onlar bizi maraqlandıran bütün suallara cavab verir."

Semson və onun komandası nə aşkar edib? Onlar Hadza xalqının təkcə gecə deyil, müxtəlif saatlarda yatdıqlarının şahidi olub. “Biz çox maraqlı faktla üzləşdik. Əslində biz müəyyən etdik ki, yatmaq son dərəcə asinxrondur. Yəni çox nadir hallarda fərdlər hamısı eyni vaxtda yatır” deyə, David Semson bildirir.

Nəyə görə belədir? Bəlkə ona görə ki, o vaxtlar həyat həqiqətən təhlükəli idi və insanlar həmişə ehtiyatlı olmalı idilər? Əksinə, inkişaf etmiş cəmiyyətlərdə gənclər geç yatıb, gec oyanır, yaşlılar isə tez yatıb, tez oyanır. “Ola bilər bu, sonradan qəbul olunmuş davranış tərzidir. Yaşlı insanlarda qısa yuxu və torağay təyat tərzi bəlkə də təkamül kontektində bəhrəli ola bilər."

Belə görünür ki, yuxunun həcmi hamı üçün eyni deyil. "Araşdırmaların nəticəsi insanlarda yuxu müddətinin müxtəlif olduğunu göstərir. Bizdə Qərbdə düşündüyümüz kimi yuxu qıtlığı barədə qərəzli və normal olmadığına dair fikir formalaşıb. Və biz bunu yuxu çatızmazlığı kimi dəyərləndiririk."

Lazımi hesab edilən günorta yuxusu bəlkə gecələri kifayət qədər yatmayanların hesabına yazılır. Bu isə hər kəsin yuxudan sağ oyanacağı demək ola bilər.