Camal Xaşuqçinin adı "Time" jurnalının “ilin adamı” adına layiq görülən jurnalistlər arasındadır

Öldürülən jurnalist Camal Xaşuqçinin adı "Time" jurnalının “ilin adamı” adına layiq görülən jurnalistlər arasındadır.

Jurnal yaxşı və ya pis olmasından asılı olmayaraq, xəbərlərdə daha çox işıqlandırılan və ən nüfuzlu insan və qrupları bu ada layiq görür.

"Time"ın baş redaktoru Edvard Felsenhalın NBC agentliyinin "Today" verilişdə bildirdiyinə görə, ilin adamı qəyyumlar və həqiqət mübarizidir.

Xaşuqçi ilə eyni siyahıda "Capital Gazette"in öldürülən 5 işçisinin adı da yer alır. Bundan əlavə əlavə vergidən yayınma ittihamı ilə həbs edilən filippinli jurnalist Mariya Ressa və bir ilə yaxındır Myanmada həbsdə olan jurnalistlər- Ua Lon və Kyau Oo da bu ada namizədlər arasındadır.

Jurnal Jurnalistlərin Müdafiəsi Komitəsinə istinadən 2017-ci ildə 262 müxbirin həbs edildiyini bildirib.

ABŞ prezidenti Donald Tramp dəfələrlə medianı “xalqın düşməni” adlandırıb.