"Avropa Olimpiya Komitəsinin rəhbərliyi Azərbaycanda jurnalistlərin və fəalların azadlığa buraxılmasına təkid etməlidir!"

Human Rights Watch və Jurnalistləri Müdafiə Komitəsi Avropa Olimpiya Komitəsinə müraciət edib

"Prezident İlham Əliyevin ilk Avropa Oyunlarına hazırlığını tez-tələsik tərifləsə də, AOK rəhbərliyi Azərbaycan hökumətinin öz tənqidçilərinə qarşı basqıları və repressiyası qarşısında aşkar şəkildə susub," deyə Human Rights Watch-un Avropa və Orta Asiya üzrə direktoru Jane Buchanan deyir. "Oyunlar başlamazadan əvvəl danışmaq imkanı daralır, amma Olimpiya dəyərləri naminə AOK rəhbərliyinin birmənalı olaraq məhbusları azad etmək üçün hokumətə çağırış etmək imkanı hələ də qalır.”

Avropa Olimpiya Komitəsinin (AOK) rəhbərliyi Avropa Oyunları ərəfəsində Azərbaycan hökumətini jurnalist və azad fikirli insanları azad etməyə təkid etməlidir. Bu barədə Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) və Human Rights Watch-un birgə hazırladığı bəyanatda deyilir.

Bəyanatda iyunun 12-28-də Bakının 6000 mindən çox idmançının qatıldığı idman yarışlarına ev sahibliyi ediləcəyi xatırladılır.

human rights watch

Bu oyunları 50 milli olimpiya komitəsindən ibarət AOK idarə edir. Qurumun İcraiyyə Komitəsi mayın 14-də Türkiyənin Antalya şəhərində, Avropa Oyunlarından öncə son toplantıya qatılırlar. Komitəyə 17 milli olimpiya komitəsi daxildir.

Human Rights Watch və Jurnalistlərin Müdafiə Komitəsi mayın 12-də 17 İcraiyyə Komitəsinin üzvlərinə məktub göndərib. Məktubda AOK rəhbərliyindən oyundan əvvəl Azərbaycan hökumətinə jurnalist və hüquq müdafiəçilərini həbsdən azad etməyə və tənqidi səsləri boğma\ğı dayandırmağa çağırış etməsi tələb olunur.

AOK və üzvləri Olimpiya Hərəkatının bir hissəsidir və Olimpiya xartiyası ilə idarə olunur. Bu xartiya mətbuat azadlığına açıq təminat verir, vurğulayır ki, idman insan ləyaqətini təşviq edir.

Azərbaycan hakimiyyəti dəfələrlə nümayiş etdirib ki, tənqidə dözümlü deyil, müstəqil səsləri susdurmaq üçün qorxutma, qısnama, siyasi motivli təqib, həbs və fiziki hücumlardan yararlanır.
Nina Oqnianova, Jurnalistləri Müdafiə Komitəsi

Oyundan öncəki illərdə Azərbaycan höküməti tənqidçi jurnalistləri, insan haqları müdafiəçiləri və müxalif fəallara qarşı təqibləri artırıb. Bəziləri isə hətta qondarma cinayət ittihamları ilə həbs edilib. Saxlanılan və 12 il həbs müddəti ilə üzləşən insanlardan biri də dünya şöhrətli araşdırmaçı jurnalist Xədicə İsmayılovadır.

"Azərbaycan hakimiyyəti dəfələrlə nümayiş etdirib ki, tənqidə dözümlü deyil, müstəqil səsləri susdurmaq üçün qorxutma, qısnama, siyasi motivli təqib, həbs və fiziki hücumlardan yararlanır." Bu fikri Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Orta Asiya üzrə proqram koordinatoru Nina Ognianova səsləndirir. «Avropa Oyunlarını tam və azad şəkildə işıqlandıracaq jurnalistlər həbsdə yatdığı bir vaxtda AOK rəhbərliyi susmamalıdır».

Təşkilatlar həmçinin AOK-u oyunları işıqlandıracaq jurnalistlərin işlərində üzləşdiyi maneələr barədə məruzə etmələrini asanlaşdırmağa və AOK-un bununla bağlı vaxtında tədbir görməsi üçün daimi mexanizm yaratmasına çağırıblar.

Prezident İlham Əliyev beynəlxalq hüquq müdafiəçliərinin çağırışlarına məhəl qoymur.

AOK-un vitse-prezidenti Janez Kocijancic mayın 6-da Avropa Parlamentində dinləmə zamanı bildirib ki, AOK Azərbaycanda insan haqları məsələlərinə qarışa bilməz. Onun fikrincə, AOK siyasi fəaliyyəti qəbul edə bilməz, ancaq onu da söyləyib ki, AOK "bu cəmiyyətin daha yaxşı və açıq olması naminə bütün təsirindən istifadə edəcək."

"Ciddi insan haqları pozuntularına baxmayaraq, AOK susmaqda davam etsə, oyunlar həmişəlik hüquq pozuntuları ilə və dəyişiklik gücündə olanların laqyedliyi ilə ləkələnəcək," Jane​ Buchanan belə deyib.

"AOK Bakı-2015 ərəfəsində Azərbaycana nadir təzyiq imkanından yararlanmalı, mətbuat azadlığı və insan ləyaqətinin müdafiəsinə qalxmalıdır," Ognianova deyib. "Azərbaycan da bu universal dəyərləri əməl etməyə könüllü boyun olub".

AOK bu cür insan haqları pozuntularına qarşı susmağa davam etsə, onda basqılar və dəyişiklik gətirmək gücləri olan insanların laqeydliyi həmişəlik Avropa Oyunlarını ləkələyəcək.
Jane Buchanan, Human Rights Watch

Həbsdə olan onlarla jurnalist və fəallardan əlavə bir çox digər tənqidçi ölkəni tərk edib ya da gizlənir. Hökümət onlarla qeyri-hökümət təşkilatını və mətbuat orqanlarını bağlayıb . Höküməti tənqid edən müstəqil qrupların isə xaricdən maliyyələşmələrinin qarşısı tamamilə alınıb.

“AOK liderlərin müsbət dəyişiklik gətirmək və ilk Avropa Oyunlarının müvəffəqiyyətli keçməsi üçün öz nüfuzlarından istifadə etmək məsuliyyəti daşıyırlar," deyə Buchanan bildirib. “Ancaq AOK bu cür insan haqları pozuntularına qarşı susmağa davam etsə, onda basqılar və dəyişiklik gətirmək gücləri olan insanların laqeyidliyi həmişəlik Avropa Oyunlarını ləkələyəcək."