“Qəlbu-Məryəm”- qadın və kişilərin birgə ibadət məscidi [Video]

Your browser doesn’t support HTML5

“Qəlbu-Məryəm”- qadın və kişilərin birgə ibadət məscidi

Dünya boyu məscidlərdə qadınlarla kişilər ayrı-ayrılıqda ibadət edir, bəzən araya pərdə çəkilməklə, bəzən ayri-ayri otaqlarda. Lakin özünün mürəkkəb ənənələri ilə tanınan Kaliforniyanın Berkli şəhərinın bir qrup müsəlman qadını buraya yenilik gətirmək istəyib.

Rəbiə Kibli 10 il əvvəl İslamı qəbul edəndə, kişilərlə qadınların bir yerdə ibadət etməsi mümkün deyildi. “Bir yeni müsəlman kimi onu deyə bilərəm ki, mən özümü bu dində daha rahat hiss edirəm. Mən hiss edirdim ki, Allan da mənim bu duni qəbul etməyimi istəyirdi. Lakin düşüncəli bir insan olduğum üçün burada balansın olmadığını gördüm.”

Cümə namazı zamanı imamı görmək mümkün olmadığına görə narazı olan Rəbiə kişilərlə qadınların bir yerdə ibadət edə biləcəyi məscid açmaq fikrinə düşür və bu məscidi açır.

Bu məscidin adı “Qəlbu-Məryəm”dir. Tərcüməsi “Məryəmin qəlbi” deməkdir. Məscidin təsisçisinin dediyinə görə, İsa peyğəmbərin anası Məryəm Ana həm İslam, həm də Xristian dini üçün böyük əhəmiyyət kəsb edir.

Misirdə anadan olmuş Hüssam Musa deyir ki, 11 ildir, qızı anadan olandan bəri məscidə getmir. Amma indi o, qızını məscidə gətirmək istədiyini deyir. “Mən ona dini irsin, dini mədəniyyətin və bərabərlik yeri olan məscidin yeni modelini göstərmək istəyirəm. Bu ayrılıq deyil, birlik rəmzidir.”

Lakin belə ibadəti çoxları qəbul etmir. “Mən bəzi müsəlman kişilər tərəfindən tənbeh edildim. Lakin başdan bəri hədələrə. təhqirlərə hazır idim. Mən bütün bunlara əhəmiyyət vermirdim” deyə, Rəbiə Kibli bildirir.

Bir çox müsəlman qadın və kişilər üçün ibadəti ayri-ayrılıqda etmək mühümdür. Kişilərdən ayrı ibadət etmək bəzi qadınlar üçün problem deyil. Lakin ömrü boyu müsəlman olan Səlimə Cons adlı qadın bu məsciddə əvvəlcə heç vaxt görmədiyini görür. “Mən qadının belə ucadan azan oxuduğu məscid görməmişdim. Hətta mən azana qoşulmaq istəyirəm. Bu mənə güc verir.”

Rəbiə Kiblinin məqsədi insanlar üçün özlərini rahat hiss edəcək mühit yaratmaqdır. “Kişi və ya qadın, sünni və ya şiə olmasından, irqindən asılı olmayaraq, kim istəsə mənə qoşula bilər.”

Belə ibadəti hər kəs qəbul etmədiyi halda belə, burada insanlar özlərini Allaha yaxın hiss edir.