Sürətlə yayılan meşə yanğınları Kaliforniyanın şimal bölgəsində 25 min hektar topağa zərər vurub, 20 min insanı evini tərk etməyə məcbur edib. Yanğın evləri, ticarət obyektlərini, meşə və üzüm bağlarını sıradan çıxarıb. Oktyabr ayı adətən Kaliforniyada meşə yanğınlarının vüsət aldığı vaxtdır və dövlət bölgədə fövqəladə vəziyyət elan edir.
Rəsmilər yanğının bazar günü gecədən 14 yerdə başladığını və küləyin köməyi ilə sürətlə ətrafa yayıldığını bildirib. “Mən pərdəni açanda evimin arxasında alovu gördum. Əlbəttə, çox qorxdum və küçəyə qaçdım. Hamı yanğın, yanğın, qaçın, deyə qışqırırdı” deyə, Napa sikini bildirir.
Yanğın çox sürətlə irəliləyirdi. Xilasedicilər yalnız insanları alovun gəldiyi yerdən çıxara bildilər. "CalFire"ın direktoru Ken Pimlott: “Keçən gecədən səhərə qədər küləyin sürəti saatda 80 km. idi və alov şimal bölgəsinə və Sakramento mahalına doğru irəlilədi. Bu da alovun tez bir zamanda böyük sahəyə yayılmasına səbəb oldu.”
Külək alovu Santa-Rosa şəhərinə yönəldib və şəhərdəki univermaq, xəstəxanalar və evlər yanmağa başladı. Gecə boyu 1500-dən çox şəxsi və ticarət obyekti yanıb. Ən böyük yanğın üzüm bağları və şərab istehsalı ilə məşhur olan Napa mahalında olub. Yerli rəsmilər deyirlər ki, belə yanğınla yalnız havadan mübarizə aparmaq olar. Napa Yanğınsöndürmə İdarəsinin rəisi Berri Bayerman: “Bütün hava resurslarının səfərbər edilməsi bizim mahal və depatamentin prioritetidir. İndiki vəziyyətdə alovun qarşısına çıxa və yanğının artmasına heç cür mane ola bilmərik."
Kaliforniya Milli Qvardiyası xilasetmə və evakuasiya işlərində yardım edir. “Biz xəsarət alanları Kaliforniyanın şimalındakı yanğın mərkəzlərinə çatdırmaq üçün üç “Med-evac” – tibbi evakuasiya vertolyotu ayırmışıq. Biz eləcə də, Napaya 6 yanğınsöndürən vertolyot və evakuasiyaya yardım üçün 100 nəfərdən ibarət hərbi polis göndərmişik” deyə, Kaliforniya Milli Qvardiyasından David Bolden bildirir.
Kaliforniya qubernatoru Cerri Braun ştatın yanğınlara baş verdiyi bölgəsində fövqəladə vəziyyət elan edib. Fövqəladə fondlar evlərini tərk etmiş minlərlə insan üçün müvəqqəti sığınacaqlar və yanğınsöndürmə səylərini maliyyələşdirəcək. Kaliforniya hökuməti Fövqəladə Hallar Şöbəsinin direktoru Mark Gilarduççi: “Bizim evakuasiya olunanlar üçün xəstəxanalarımız var. Bizim evakuasiya üçün yerlərimiz var ki, həmin yerlərdə xüsusi qayğıya ehtiyacı olan insanlara, ümumiyyətlə xüsusi ehtiyacı olan əhaliyə yadım edilir.”
Rəsmilər Kaliforniyanın cənub bölgəsinin yanğınları yayan küləyə görə təhlükə altında olduğu barədə xəbərdarlıq verib. Yeli əhaliyə evakusiya üçün hazır olmaları tövsiyə edilib.