Bəzən könüllülük əmək istismarına bərabər tutulur
Your browser doesn’t support HTML5
Könüllü Gənclər Birliyi 2015-ci ildən yaradılmış təşəbbüs qrupudur. Birliyin əsas məqsədi gənclərin sosial inkişafına dəstək göstərməkdir
Könüllü Gənclər Birliyinin sədri İlkin Əliyev təşəbbüs haqda Amerikanın səsinə danışıb. Onun sözlərinə görə, onlar həm gənclərdən gələn ideyaların dəstəklənməsinə, həm də özləri fəaliyyət təşkil edirlər. Gənclər Birliyi vətəndaş cəmiyyətində olan boşluqları aradan qaldırmaq, daha demokratik iş prinsipi, o cümlədən idarəetmə prinsipləri olan təşkilat yaratmağı hədəfləyib.
İlkin Əliyev Azərbaycanda könüllüyə yanaşmanın problemlemlərindən də söz açıb. Gənclər birliyinin sədri deyir ki, könüllülüyün gənclərə düzgün şəkildə izah edilməməsi də əsas problemlərdən biridir. Bəzən könüllülük əmək istismarına bərabər tutulur. Ödəniş tələb edən işlər könüllülük adı ilə müxtəlif qurumlarda gənclərə gördürülür.