Böyük töhvə verən kiçik cihaz-görmə məhdudiyyəti olanların yeni köməkçisi

Your browser doesn’t support HTML5

OrCam ilk baxışdan bluetooth-la çalışan qulaqcıqlara bənzəsə də, daha çox iş görür.

Bu promo videoda göründüyü kimi, cihaz danışır və onun köməkliyi ilə görmə məhdudiyyəti olan insanlar məhsulları tanıya, mətn oxuya bilərlər.

Ziv Aviram, OrCam prezidenti:“Bir tərəfi kameradır, digər tərəfində isə spiker. Biz üzümüzdəki ən strateji yeri, eynəyin qolları olan hissəni seçmişik. Düyməyə basırsınız, o irəli baxır və görmə məhdudiyyəti olan insanlara gündəlik fəaliyyətdə yardım edir.”

OrCam-ın prezidenti və həmtəsisçisi Ziv Aviram deyir ki, ən böyük çətinlik istifadəçi ilə cihaz arasında əlaqənin necə qurulacağını müəyyən etmək idi.

Ziv Aviram:“Biz belə bir nəticəyə gəldik ki, barmaqla nəyinsə göstərilməsi cihazın çalışması üçün ən təbii və intuitiv yoldur. Əks halda cihaz səninlə dayanmadan danışacaq. Ona görə də elə etdik ki, nəyisə soruşmaq istəyirsənsə, əlin ilə göstərirsən, o da kömək edir.”

Yüksək texnologiya cihazlarının əksəriyyətindən fərqli olaraq, OrCam İnternetə bağlanmır. Bu isə sizin məlumatlarınızın təhlükəsizlikdə olacağı deməkdir.

Aviram deyir ki, cihazın üzləri və məhsulları tanımağı təmin etmək üçün kifayət qədər yaddaşı var.

Ziv Aviram:“Bizim sahib olduğumuz məhsul barkodların databazasıdır. Biz onu cihaza yükləyirik. Beləliklə yaddaş hər şeyi bilməyə imkan verir.”

Şirkət bildirir ki, geyinilən yardım texnologiyası sahəsində onların töhvəsi dünya üzrə milyonlarla görmə məhdudiyyəti olan insanlara, oxumaqda çətinlik çəkənlərə kömək edə bilər.