Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-nə təyin edilib. Bu qərarı oktyabrın 12-də Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) qəbul edib.
MSK sədri Məzahir Pənahov bildirib ki, son bələdiyyə seçkilərindən sonrakı dövrdə birləşmə nəticəsində bələdiyyələrin sayı 1607-yə qədər azalıb.
MSK həmçinin əsas fəaliyyətlər və bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi üzrə tədbirlərlə bağlı Təqvim Planını təsdiq edib. Plana əsasən, seçkilərin nəticələr 17 yanvar 2015-ci ilə qədər elan edilməlidir.
Azərbaycanda bələdiyyələr 1999-cu ildə yaradılıb. Hazırkı seçki sayca dördüncü bələdiyyə seçkisidir.