Buxarestin Bamboo gecə klubunda yanğın

Rumıniyanın paytaxtında məşhur gecə klublarının birində baş verən yanğın səbəbi ilə 38 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. Ölən olmayıb.

Bamboo gecə klubu yerlə yeksan olub. İnsanların bəziləri tüstüdən zəhərlənib. Digərləri isə klubu tərk etməyə cəhd edərkən üst mərtəbənin dağıntılarına məruz qalıb. Qeyri-rəsmi məlumatlara görə, insanlar qeyri-qanuni şəkildə klubda siqaret çəkirdi. Lakin bunun yanğına səbə olub-olmadığı bəlli deyil.

Prokurorluq hadisə ilə bağlı istintaqa başlayıb.

20-dən çox təcili yardım maşını hadisə yerinə çatdırılıb. Bəziəri isə paltolarını götürə bilmədikləri üçün -12 dərəcə soyuqda qalmalı olub.



Hazırda onlarla insan xəstəxanadadır.

2015-ci ilin oktyabr ayında da Buxarestin gecə klublarının birində baş verən yanğın 64 adamın həyatına son qoymuşdu.

Bamboo Rumıniyada bir neçə kluba malikdir. Onlardan biri Florida ştatının Mayami şəhəridədir. Buxarestdə bu klub ilk dəfə 2002-ci ildə açılıb. 2005-ci ildə həmin klubda baş verən yanğından sonra Bamboo 2005-ci ildə bərpa edildikdən sonra yenidən açılıb.