Dünən UEFA Çempionlar Liqasında qrup mərhələsi çərçivəsində 4 qrupda son turun oyunları keçirilib. Bəzi gözlənilməz nəticələrin qeydə alındığı turda C Qrupunda yer alan Türkiyə təmsilçisi Bursaspor doğma meydanda ilk xalını qazanmağa müvəffəq olub. Belə ki, Şotlandiyanın Qlazqo Rangers klubunu öz evində qəbul edən Bursaspor birinci hissədə hesabda geri düşsə də, 79-cu dəqiqədə Sərcan Yıldırımın qolu ilə ilk xalını qazanıb: 1-1. Qrupun digər oyununda “Manchester United” də Valensia ilə eyni hesabla bərabərə qalıb.
C Qrupu
Manchester United______14
Valencia_______________11
Rangers________________6
Bursaspor_______________1
Turun ən gözlənilməz nəticəsi A Qrupunda qeydə alınıb. İtaliya çempionu İnter qrupda sonuncu yerdə qərarlaşan “Werder Bremen”ə 3-0 hesabı ilə məğlub olub. “Twente” ilə “Tottenham” arasında keçirilən oyundan isə 3-3 hesabı qeydə alınıb.
A Qrupu
Tottenham______________11
İnter___________________10
Twente__________________6
Werder Bremen___________5
B Qrupunda Almaniya təmsilçisi “Schalke 04” rəqib meydanında “Benfica”nı 1-2 hesabı ilə məğlub edərək qrup lideri kimi növbəti mərhələyə adlayıb. “Lyon” isə İsrail çempionu “Hapoel Tel Aviv”lə heç-heçə oynayıb: 2-2. Altı oyundan sonra “Schalke 04” və “Lyon” növbəti mərhələdə mübarizəni davam etdirəcək
B Qrupu
Schalke 04_____________13
Lyon___________________10
Benfica__________________6
Hapoel Tel Aviv____________5
D Qrupunda qərarlaşan Kazanın Rubin klubu Çempionlar Liqasında mübarizəni davam etdirmək üçün son turda rəqib meydanında Barcelonaya qalib gəlməli, həm də digər oyunda Danimarka klubunun məğlubiyyətini gözləməli idi. Ancaq gözlənilənlər baş vermədi. Barcelona Rubini 2-0, “FC Copenhagen” isə “Panathinaikos”u 3-1 hesabı ilə məğlubiyyətə uğratdı. Qrupda 3-cü olan Rubin mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.
D Qrupu
Barcelona_______________14
FC Copenhagen__________10
Rubin Kazan______________6
Panathinaikos_____________2
Digər 4 qrupda isə son turun oyunları bu gün keçiriləcək.
E Qrupu
Bayern Munich – Basel
CFR Cluj – Roma
F Qrupu
Marseille – Chelsea
Zilina - Spartak Moscow
G Qrupu
AC Milan – Ajax
Real Madrid – Auxerre
H Qrupu
Arsenal - Partizan Belgrad
Shakhtar Donetsk – Braga