Heyətə xarici işlər naziri və baş nazirin xanımı rəhbərlik edir
Birma prezidenti Tin Sein Bangladeşlə sərhəd Arakan əyalətində bir müddətdir müsəlmanlarla buddistlər arasında davam edən şiddətli toqquşmaların “dini, yaxud irqi məsələ olmadığını” deyib.
Tin Sein Arakan müsəlmanlarını ziyarət etmək üçün Birmaya rəsmi səfərə gələn xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib. Baş nazir Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanla bölgəni ziyarət edən Davudoğlu Arakandakı münaqişəyə görə evlərindən didərgin düşmüş on minlərlə sakinə humanitar yardım göstərmək üçün Birmaya gəliblər.
Prezident Tin Sein münaqişənin səbəbinin gənc bir qızın vəhşiliklə törədilən cinayətin qurbanı olmasından qaynaqlandığını və nəticədə hadisələrin qan davasına çevrildiyini deyib.
May ayından bəri Rohingya müsəlmanları və Arakan buddistləri arasında davam edən qarşıdurmada çox sayda insan öldürülüb. İnsan haqları təşkilatları və media qurumları 77 nəfərin öldürüldüyünü bildirən rəsmi rəqəmlərdən daha çox insanın öldüyünü deyirlər.
Birmaya yola düşməzdən əvvəl mətbuata açıqlama verən xarici işlər naziri Əhməd Davudoğlu Arakanda ölənlərin sayı ilə bağlı müxtəlif məlumatlar aldığını açıqlayaraq, söhbət etdiyi dini liderlərin ona “minlərlə öldürülənlərin” olduğunu deyib.
Anadolu xəbər agentliyi, xarici işlər naziri Davudoğlu və Əminə Ərdoğanın Rohingya müsəlmanlarının qaldığı Banduba düşərgəsini ziyarət etdiklərini bildirib. Humanitar yardımı Türkiyənin Qızılay təşkilatı paylayır. Agentliyin xəbərinə görə Əhməd Davudoğlu və Əminə Ərdoğan zərər çəkmiş buddistləri də ziyarət etdiklərini bildirib.
May ayının sonlarında çıxan şiddətli hadisələrdən öncə üç müsəlman gənc bir buddist qıza təcavüz edib öldürməkdə təqsirli bilindikdən sonra qisas məqsədi ilə edilən hücum nəticəsində on müsəlman öldürülmüşdü.
Arakandakı hadisələr başda Türkiyə olmaqla əhalisinin çoxu müsəlmanlardan təşkil olunan bir çox ölkənin etirazına yol açıb. Tənqidlər arasında Birma hökumətinin müsəlmanlara qarşı pis davrandığına dair iddialar da var.
İnsan haqları təşkilatları da Birma hökümətini, böyük əksəriyyətinə vətəndaşlıq vermədiyi Rohingya müsəlmanlarını qorumaq üçün daha çox səy göstərməsinə çağırıb. Human Rights Watch təşkilatı Buddistlərlə toqquşmaların başlamasından sonra Birma təhlükəsizlik qüvvələrinin Rohingya müsəlmanlarına qarşı qətliam, təcavüz və kütləvi həbslərə yol verdiyinə diqqət çəkib.
İddiaları yalanlayan Birma hökuməti, təhlükəsizlik qüvvələrinin ölçülü davrandığını və toqquşmaların qarşısını almaq üçün dərhal müdaxilə etdiyini bildirir. Hökümət münaqişə nəticəsində evlərindən didərgin düşmüş 60 min insana kömək etməyə çalışdığını bildirib.
Türkiyənin verdiyi 50 miliyon dollarlıq yardımı “məmnunluqla qarşıladığını” açıqlayan Birma prezidenti Tin Sein "Arakandakı həqiqətlərlə tanış olmaq" üçün İslam Əməkdaşlıq Təşkilatına üzv olan digər dövlətlərin liderlərini də ölkəsinə dəvət edib.
Arakanda iyun ayından bəri fövqəladə vəziyyət hökm sürür. Bəzi insan haqları təşkilatları Arakandakı hadisələrin “sivil idarəçiliyə” başlayan Birma hökumətinin vəd etdiyi siyasi və iqtisadi islahatları ləngidəcəyini bildirirlər.