Burkina Fasodan Əlcəzairə yola düşən təyyarə yoxa çıxıb. 116 sənişinli təyyarə son dəfə radarda havaya qalxmasından 38 dəqiqə sonra Malinin Qao şəhəri üzərində qeydə alınıb.
Təyyarə ilə bağlı nə baş verdiyi hələ bəlli deyil.
Reuters xəbər agentliyi Burkina Fasonun nəqliyyat naziri Jan Bertin Oudraqoya istinadən bildirib ki, təyyarə hava şəraitinə görə istiqamətinin dəyişdirilməsini istəyib.
Təyyarənin axtarışına Qərbi Afrika Respublikasındakı Fransa bazasından döyüş təyyarələri qoşulub. Fransanın xarici işlər naziri Loren Febye müxbirlərə bildirib ki, təyyarənin izləri tapılmayıb və onun qəzaya uğradığı ehtimal edilir.
Əlcəzair rəsmiləri böhran komandası təsis edib. İspaniyanın Swiftair hava yolları şirkəti baş verənlərin araşdırılması ilə bağlı artıq təchizat və personalın səfərbər edilib.
Qao 2012-ci ildə Əl-Qaidə ilə əlaqəsi olan islamçılar tərəfindən ələ keçirilmişdi. Mali hökuməti Fransa qüvvələrinin yardımı ilə ötən il şəhərin nəzarətini geri alıb. Lakin yaraqlılar hökumət və Fransa qüvvələrinə qarşı hücumlarını davam etdirir.