Britaniyanın səhiyyə naziri Matt Hankok cümə günü məşhur moda brendi Burberry-nin koronavirusa qarşı mübarizə aparan tibb işçiləri üçün xalatlar tikdiyini bildirib.
Burberry Çində başlanan koronavirusun Avropa və ABŞ-a yayıldığı və mağazaları bağlandığı üçün mart ayının son həftələrində satışlarının 80 faizə qədər azalacağını bildirmişdi.
Tibb işçisinin qoruyucu vasitələrin kifayət etmədiyi bir vaxt keçirilən mətbuat konfransında Hankok Burberry şirkətinin işini xalatlar istehsalına yönəltdiyini deyib.
"Bu günə qədər xalqı üçün gördüyü işlərə görə Burberry alqışa layiqdir və ümid edirəm ki, Burberry-dən çoxlu xalatlar görəcəyik," Hankok bildirib.
Britaniya Kraliçası II Yelizaveta bazar günü koronavirusla bağlı xalqa müraciət planlaşdırır. Bu, adətən arxa planda qalmağa üstünlük verən monarx üçün nadir hal sayılır.
Bakinqhem Sarayı Kraliçanın xüsusi müraciətinin Birləşmiş Krallıq və subyekt dövlətlərə ünvanlanacağını bildirib.
Milad müraciəti istisna olmaqla Kraliça nadir hallarda xalqa müraciətlə çıxış edir. Müraciət Vindsor Sarayında videoya çəkilib. II Yelizaveta bu sarayda əri Şahzadə Filiplə birgə yaşayır.