Bundestaq Azərbaycanın maraqlarına lobbiçilik etdiyinə görə XDİ-nin deputatını cərimələyib

Xristian Demokrat İttifaqından deputat Karin Ştrens (Karin Strenz) lobbi firmasının vasitəsilə Azərbaycandan pul aldığını uzun illər gizli saxlayıb. Lakin SPIEGEL bu mövzuda yazı dərc etdikdən sonra Bundestaq deputatı böyük məbləğdə cərimələyib və ona töhmət verib.

SPIEGEL-in məlumatına görə, Bundestaq qapalı iclasında deputatın 20000 avro məbləğində cərimə olunması barədə qərar qəbul edib.

2014-15-ci illərdə o, Line M-Trade lobbi firmasından 14 000-dən 30 000 min avroya qədər pul alıb. Digər deputat Eduard Lintner M-Trade-in Bakıdan maliyyələşdirildiyini təsdiqləyib.

Karın Ştrens deputatların Davranış Kodeksini pozduğuna görə Avropa Şurası Parlament Assambleyası onun AŞPA-ya gəlişinə ömürlük qadağa qoyub.

Xatırladaq ki, 2015-ci ildə K.Strens Avropa Şurasının yeganə alman üzvü olub ki, Azərbaycanda siyasi məhbusların azadlığa buraxılması tələbinin əleyhinə səs verib.

O, həmçinin Azərbaycanda seçkilərə nəzarət missiyasında iştirak edib. Səfər Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilib. Sonradan deputat bildirib ki, maliyyələşmənin Bakıdan daxil olduğundan xəbərsiz olub.