Buşehr ümummilli elektrik şəbəkəsinə qoşuldu

  • Amerikanın səsi

Buşehr ümummilli elektrik şəbəkəsinə qoşuldu

İran rəsmiləri bildirirlər ki, ölkənin ilk nüvə elektrik stansiyası ümummilli elektrik şəbəkəsinə qoşulub.

Buşehr nüvə stansiyası 60 meqavat elektrik hasil edir.

Stansiya avqustda fəaliyyətə başlamalı idi, lakin iran qanunvericiləri yubanmanın günahını Rusiya inşaatçılarında görürlər.

Ötən ay Aftab qəzeti millət vəkili Əsgər Cəlaliana istinad edərək Rosatom dövlət enerji şirkətinin öz vədinə xilaf çıxdığını bildirmişdi.

Cəlalian Buşehrdə inşaat işlərinə nəzarət edən parlament komissiyasının üzvüdür.