Macarıstanda turistik qayıqda həlak olan Cənubi Koreya turistlərinin ailələri cümə günü Budapeştə gəlir.
Xilasedicilər çərşənbə günü axşam saatlarında baş vermis toqquşmadan sonra Dunay çayında axtarışları davam etdirir. Lakin çayın güclü axını onların işini çətinləşdirir.
Böyük turistik gəminin kiçik qayıqla toqquşması nəticəsində 7 nəfər ölüb, 21 nəfər itkin düşüb. Qayıqda olan turistlərin ikisindən başqa hamısı Cənubi Koreyadan olub.
Polis “Viking” kruiz gəmisinin ukraynalı kapitanını "çoxlu sayda ölümə səbəb olan təhlükəli su hərəkəti yaratmaq" ittihamı ilə həbs edib.
Cənubi Koreya rəsmiləri və ekspertləri təhqiqata yardım göstərmək Budapeştə gələcək.