Nobel Sülh Mükafatına layiq görülən qadınlar

Nobel Sülh Mükafatına layiq görülən qadınlar

Mükafatlar Liberiyada ilk qadın prezident Sörlif, Liberiyadakı hərbi hökumətə qarşı mübarizə aparan qadın, fəal Qbovi və yəməli jurnalist, fəal, ilk ərəb qadın Karmana verilib

Afrikada ilk qadın dövlət başçısı, Liberiyada sülh fəalı, Yəməndə insan haqları fəalı - bu üç qadın bu ilin Nobel Sülh Mükafatı laureatlarıdır.

1901-ci ildən, Nobel Sülh Mükafatının verilməsinə başlanandan bəri dünya boyu 15 qadın bu mükafata layiq görülüb. 1905-ci ildə bu mükafata ilk dəfə Avstriyadan yazıçı və fəal Berta Von Sattner layiq görülmüşdü. Bu il isə Norveç Nobel Komitəsi 1.5 milyon dollarlıq mükafatla üç qadını təltif edəcək.

Nobel komitəsinin sədri Torbyern Yaqlan: “2001-ci ilin Nobel Sülh Mükafatları qadınların təhlükəsizliyi və haqları yolunda qeyri-zorakı fəaliyyət göstərən üç qadın Elen Conson Sörlif, Leyma Qbovi və Təvəkkül Karman arasında bölünüb.”

Mükafatlar 2006-cı ildə Liberiyaya ilk qadın prezident seçilən Sörlif, Liberiyadakı hərbi hökumətə qarşı mübarizə aparan qadın, fəal Qbovi və yəməli jurnalist, fəal, ilk ərəb qadın Karman layiq görülüb.

Oslo şəhərində, mükafatın təqdimat mərasimində çıxışı zamanı prezident Sörlif iztirab çəkən qadınlara yardıma görə təltif edilən bu mükafatın gözəl bir etiraf olduğunu dedi: “Mən qadınları təmsil etdiyimdən fərəh hissi duyuram. Onların daha yaxşı həyata arzularını və gözləntilərini təmsil etməkdən qürur duyuram.”

2011-ci ildə mükafata layiq görülən qadınlar Qalıb Qadınlar elitar qrupunun üzvü olacaqlar. Həmin elitar qrupun üzvlərindən biri 1979-cu ildə özünün humanitar işləri ilə tanınan, Roma kilsəsindən Tereza Ana idi. 1991-ci ildə qrupa üzv demokratiya yolunda mübarizə aparan, birmalı Aung San Syu Kyu, 2003-cü ildə isə insan haqları müdafıəçisi, iranlı Şirin İbadi oldu. 2004-cü ildə mükafata Kenyadan ətraf mühitin qorunması yolunda mübarizə aparan Vanqari Matai Lyiq görülmüşdü. O, ağır xəstəlikdən sonra sentyabr ayında vəfat etdi.

Turbyern Yaqland dünyada qadınların sülh yolunda böyük işlər gördüyünü deyir: “Qadınlar bütün sahələrdə kişilərlə eyni səviyyədə fəaliyyət göstərməsələr dünyada demokratiya və sülhə nail olmaq mümkün olmayacaq.”

Dəqiq elmlər və ədəbiyyat sahəsində də qadınlar Nobel mükafatına layiq görülüblər. Onlardan biri kimya üzrə alim Mari Küridir ki, o, bu mükafata iki dəfə layiq görülüb.