Bu il dünyada 42 jurnalist öldürülüb

Bu il dünyada 42 jurnalist öldürülüb

Bu il dünyada keçən illə müqayisədə daha az jurnalist öldürülüb.Jurnalistlərin Müdafiəsi Komitəsinin bildirdiyinə görə, bu il öldürülən jurnalistlərin sayı 42-dir. 2010-ci ildə Pakistan jurnalistlərin öldürüldüyü ölkələr arasında birinci yerdədir. Bu ölkədə 8 jurnalist işi ilə əladədar həyatını itirib. Media müdafiəsi qrupu İraq, Meksika və Hondurasın ölüm baxımından yüksək göstəricilərə malik olduğunu deyir. Ötən il dünya ölkələrində 72 jurnalist ölmüşdü. Ölüm göstəricilərinin enməsinə baxmayaraq, 42 jurnalist ölümü hələ də yülsək hesab edilir.