Bu gün Martin Lüter Kinq günüdür

Bu gün, hər il olduğu kimi yanvarın üçüncü bazar ertəsi Martin Lüter Kinq günüdür. Söz azadlığı Amerika Birləşmiş Ştatlarında Martin Lüter Kinqin irqi ayrı-seçkiliyə qarşı mübarizəsində vacib olan Amerika dəyərlərindən biridir.

ABŞ prezidenti Donald Tramp Martin Lüter Kinq günündə Vaşinqtonda vətəndaş hüquqlarının müdafiəçinin memorialını ziyarət edib.

1950-1960-cı illərin vətəndaş hüquqlarının müdafiəsinin önündə gedən Kinq 1963-cü ildə paytaxt Vaşinqtonda “Mənim bir arzum var” adlı çıxışı ilə milyonlarla insanı ilhamlandırmışdı.

​1964-cü ildə o, Nobel Sülh Mükafatına layiq görülmüşdü. Həmin il ABŞ prezidenti Lindon Conson vətəndaş hüquqlarına dair qanuna imza atmışdı.

Martin Lüter Kinq 1968-ci ilin aprel ayının 4-də Tennessi ştatının Memfis şəhərində sui-qəsdin qurbanı olmuşdu.

1983-cü ildən bəri prezident Ronald Reyqan yanvar ayının 3-cü bazar ertəsi gününü milli bayram, 1994-cü ildə isə Konqres bu bayram gününü milli xidmət günü elan edib.

Bu gün amerikalılar könüllü şəkildə ictimai layihələrdə iştirak edir.