Bu gün ABŞ-da Əmək günü bayramı qeyd edilir

  • Amerikanın səsi

Bu gün ABŞ-da Əmək günü bayramı qeyd edilir

Bu gün ABŞ-da Əmək günü bayramı qeyd edilir. Bir çox amerikalı üçün bu, yay mövsümünün sonu və 3 günlük tətil deməkdir. Lakin zəhmətkeşlərin əməyinin qiymətləndirilməsi bayramın əsas məqsədidir. Bu il Nyu-York ştatında 200 min mühacirə işləmək haqqı bəxş edilib. Bir çoxları isə işçilərin əməyinə lazımı qiymət verilmədiyindən şikayətlənir.

1930-ci illərdə ABŞ Konqresi işçilərin həmkarlar ittifaqları təsis edə bilmələrinə dair qanunu təsdiq etmişdi. O zaman bu qanun Afrika mənşəli amerikalılara şamil edilmidi.

Evlərdə çalışanlar istirahər günləri, əlavə saatlar üçün əlavə pul ödənilməsi və digər tələblərlə onları işlə təmin edənlər qarşısına tək çıxmalı olur.

Ev İşçiləri Birliyi işçilərin müdafiəsi ilə məşğul olur. Təçkilatın direktoru Prisçina Qonzales evlərdə işləyənlərin deportasiya qorxusundan birləşə bilmədiklərini deyir.“Əlbəttə, bir çoxları işçilərin statusundan onların istismarı, az maaş ödəmələri və dustaq kimi saxlamaları üçün istifadə edir. Diplomatlar, insan alveri və digər yollarla insanlar bu ölkəyə gətirilir və məcburi şəkildə qanunsuz mühacir statusu alır”.

Keçən il Nyu-Yokr ştatı ilk ştat olaraq, evlərdə işləyənlərin müdafiəsinə qalxıb. Bunu mühüm inkişaf kimi qiymətləndirən Qozales növbəti addımı işçilərin maarifləndirilməsi və qanunla tanışlığında görür.“İş verənlərin qanuna tabe olması, işçilərin təhlükəsizliyi və əməklərinə ehtiram kimi minimum statdartlar təmin edilməlidir”.

Əmək gününü işçilər adətən paradla qeyd edir.