Buş ailəsi Mitt Romnini dəstəkləyir

  • Amerikanın səsi

Sabiq ABŞ prezidenti Corc H.W. Buş Respublikaçı prezidentliyə iddialı Mitt Romninin namizədliyini dəstəkləməyi planlaşdırır. Romninin sözcüsü sabiq prezidentinin bu gün Texasın Hyuston şəhərində keçiriləcək seçki kampaniyasında Romnini dəstəkləyəcəyini deyib. Böyük Corc Buşun Mitt Romnini dəstəkləmək xəbəri bir həftə bundan əvvəl onun oğlu, Floridanın sabiq qubernatoru Ceb Buşun Romnini dəstəkləyəcəyi xəbərindən sonra verilib.

Dünən Romni başqa bir mühüm dəstək qazanıb. Belə ki, Floridadan ABŞ senatoru Marko Rubio televiziya ilə nümayiş etdirilən müsahibədə sabiq Masaçusets qubernatorunun namizədliyini təmin etmək üçün kifayət qədər dəstək almasına böyük ehtimal olduğunu söyləyib. Rubio Romninin prezident seçildiyi təqdirdə onun ölkəni mühafizəkar kimi idarə edəcəyinə və iqtisadiyyatı demokrat prezident Barak Obamadan daha yaxşı tənzimləyəcəyinə şübhə etmədiyini deyib.