Səfirlik Brüsseldə yaşayan azərbaycanlılara xəbərdarlıq edib (Yenilənib)

Brüssel aeroportunda partlayış

Azərbaycanın Belçikadakı səfirliyinin və NATO yanındakı diplomatik nümayəndəliyinin əməkdaşları Brüsseldəki partlayışlarda xəsarət almayıblar.

Trend agentliyinin məlumatına görə, diplomatik missiyalar bu ölkədə yaşayan, müvəqqəti qalan əməkdaşlarına və həmvətənlərimizə küçəyə çıxmamağı və insanların kütləvi toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər.

***

“Azərbaycanın Belçika Krallığındakı Səfirliyi ölkənin müvafiq orqanları ilə Zaventem hava limanında baş vermiş partlayış nəticəsində xəsarət alanlar içərisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini araşdırır”. Bu sözləri APA agentliyinə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

Xatırladaq ki, Brüsseldə Zaventem hava limanında bu gün iki güclü partlayış baş verib. Daha sonra iki metro stansiyasında partlayış qeydə alınıb. Nəticədə azı 17 nəfər ölüb, onlarla insan yaralanıb. İlkin məlumata görə, partlayışların terror hücumu olduğu bildirilir.