Brüssel hücumlarında şübhəli bilinən üçüncü şəxsin axtarışları davam edir

Belçika polisi ümid edir ki, ictimaiyyət Brüssel hava limanına hücumu həyata keçirdiyindən şübhələnilən və yeni yayılmış nəzarət videosunda göstərilən şəxsin müəyyən edilməsində yardım göstərəcək.

Polis videosunda martın 22-də Zaventem hava limanınında partlayışdan sonrakı dəqiqələr görüntülərdə üçüncü şübhəli şəxs göstərilir. Mətbuatda bu şəxs “papaqlı adam” kimi təqdim olunur.

O daha öncə başqa bir videoda müəyyən edilmiş digər iki hücumçunun yanında göstərilir.

Brüsseldə hava limanında baş verən hücum və bundan bir saat sonra Maelbeek metro stansiyasında intiharçı hücum nəticəsində 31 nəfər həyatını itirib, 340-dan çox insan yaralanıb.

Bu arada, Brüsseldə həbs olunan Paris hücumunda şübhəli bilinən Salah Abdelslamın Brüssel hücumunu planlaşdırdığı güman edilir. Abdelslamın Parisə ekstradisiya olacağı gözlənilir.