Bir neçə ölkədə Britaniyada üzə çıxan koronavirusun yeni variantı aşkar edilib

Fransanın səhiyyə rəsmiləri ölkədə Britaniyada qapanmalara və Britaniya sakinlərinə qarşı qlobal məhdudiyyətlərin tətbiq olunmasına səbəb olan koronavirusun yeni variantının qeydə alınıdğını bildirir.

Fransa səhiyyə nazirliyi İngiltərədə yaşayan və daha sonra Fransanın Turs şəhərində qayıdan bir fransızın testinin nəticəsinin müsbət çıxdığını bildirib. Nazirlik həmin şəxsdə he bir simptomun olmadığını və onun evində təcrid olunduğunu bildirib.

Bundan əlavə bir neçə digər ölkədə də, o cümlədən Yaponiyada yeni variantıın aşkar edildiyi bildirilir. Yaponiyada koronavirusun yeni variantının olduğu cümə günü elan olunub. Səhiyyə Nazirliyi dekabrın 18 ilə dekabrın 21-I arasında ölkəyə daxil olan beş nəfərin koronavirus testinin müsbət çıxdığını və onların hava limanından birbaşa karantinə göndərildiyini bildirib. Rəsmilər əlavə təhlillərin onların koronavirusun yeni variantına yoluxduğunu təsdiq etdiyini bildirib.

Britaniya rəsmiləri bildirib ki, koronavirusun yeni variantının daha yoluxucu olduğu və COVID-19-a yoluxma hallarının artmasına gətirib çıxardığı güman edilir. Bunun ardınca dünya boyu ölkələr Britaniyadan səhayətlərə məhdudiyyətlər tətbiq ediblər.

Fransa Britaniyadan bütün sərnişin və karqolara iki günlük qadağa tətbiq edib. Bu isə Britaniyanın Dover limanında böyük tıxaclara səbəb olub.

Rusiya cümə günü Britaniyadan gələn sərnişinlərin ölkəyə daxil olandan sonra iki müddət ərzində təcrid olunmaları olduğunu söyləyib. Rusiya daha öncə Britaniyadan birbaşa uçuşları dayandırmışdı.

ABŞ rəsmiləri cümə axşamı Britaniyadan gələn sərnişinlərin gəlmədən öncə COVID-19 testi etməli olduqlarını bildirib. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bu yeni tələbatın bazar ertəsi günü qüvvəyə mindiyini bildirib.

İsveçdə də Britaniyada üzə çıxan koronavirusun yeni variantı aşkarlanıb. Belə ki, Britaniyadan gələn bir səyahətçi xəstələnib və onun testinin nəticələri müsbət çıxıb. Bu barədə şənbə günü İsveçin Səhiyyə Agentliyi məlumat verib.

Səhiyyə Agentliyinin rəsmisi Sara Baydors mətbuat konfransı zamanı bildirib ki, səyahətçisinin kimliyi açıqlanmayıb və o, İsveçə daxil olandan sonra təcrid olunub və hələ ki, başqa yoluxma halı aşkar olunmayıb.

Koronavirusun yeni variantının digərlərindən daha yoluxucu olduğu güman edilir.

İsveç bu ayın əvvəli koronavirusun yeni variantı ilə bağlı narahatlıqlar səbəbilə Britaniyadan gələn sərnişənlərə səyahət məhdudiyyətləri tətbiq edib. Avropa İttifaqı və dünya boyu digər ölkələr də bənzər tətbirlər görüblər.

Papa Fransiz isə Milad mesajında deyib ki, COVID-19 vaksini hər kəsə əlçatan olmalıdır və siyasi və biznes liderlərini vaksinlərin paylaşılmasında “rəqabət deyil, əməkdaşlığa” üstülk verməyə çağırıb