Britaniya şahzadəsi Filip vəfat edib

Britaniya şahzadəsi, kraliça Elizabetin həyat yoldaşı Filip 99 yaşında həyatını itirib. Bu barədə Bukingem Sarayı cümə günü məlumat verib.

Şahzadə Filip 69 ildir ki, Britaniya Kral ailəsinə rəhbərlik edirdi. Bununla da o, Britaniya tarixində kral ailəsində ən uzun müddət həyat yoldaşı ilə birlikdə olan şəxs kimi yadda qalıb.

Bu müddət ərzində Filip sərt, cəfəng hərətkətləri və yanlışlıqları ilə yadda qalıb.

"Əlahəzrət Kraliça sevimli əri, Əlahəzrət şahzadə Filip, Edinburq Hersoqunun vəfat etdiyini dərin kədər hissi ilə bildirir" - deyə, sarayın açıqlamasında bildirilib.

Yunan şahzadəsi Filip Elizabetlə 1947-ci ildə evlənib. O, İkinci Dünya Müharibəsindən sonrakı dövrdə monarxiyanın modernləşməsində əsas rol oynamağa başlayıb. Bukingem Sarayının divarları arxasında kraliçanın müraciət edə biləcəyi və etibar edə biləcəyi əsas fiqur idi.

"O, sadəcə olaraq mənim gücüm olub və bütün bu illər ərzində belə qalıb" - deyə, kraliça Elizabet 1997 -ci ildə evliliklərinin 50-ci ilində verdiyi müsahibə zamanı bildirib.

Filip bu ilin əvvəlində ürək əməliyyatı keçirə bilməsi üçün bədənində olan infeksiyanın müalicəsi məqsədi ilə dörd həftə xəstəxanada yatıb. Lakin martın əvvəlində o, Vindsora geri qayıdıb.

Keçmiş dəniz zabiti sevdiyi hərbi karyeradan imtina edərək konstitusiya ilə rolu olmayan monariya tərəfdaşı kimi işə başlamağın çətin olduğunu etiraf edirdi.

"O, təcrübəli maşinist kimi kral ailəsini və monarxiyanı idarə etməyə kömək etməsi nəticəsində krallığın həyatımız və milli xoşbəxtliyimiz üçün mübahisəsiz həyati vacib qurum kimi qalmasına səbəb oldu " - deyə, Baş Nazir Boris Conson verdiyi açıqlamada bildirib.