Britaniya və Liviya təhlükəsizlik idarələri arasında əlaqələr araşdırılacaq

Britaniya və Liviya təhlükəsizlik idarələri arasında əlaqələr araşdırılacaq

Britaniyanın baş naziri Deyvid Kameron təhlükəsizlik idarələrinin terror şübhəlilərinə işgəncə veriləcəyini bilərək onları Liviyaya göndərdiyinə dair iddialarla bağlı təhqiqat komissiyası yaradıldığını bildirib. Bu gün parlamentdə çıxışı zamanı cənab Kameron deyib ki, təhqiqat Britaniya və Liviya təhlükəsizlik idarələri arasında əlaqələrin nə dərəcədə yaxın olduğu məsələsini araşdırılacaq.

Human Rights Vvatch bildirir ki, 2004-cü ildə Əbdül-Hakim Belhacın ələ keçirilməsi ilə bağlı əldə etdiyi sənədə əsasən, əməliyyat Britaniyanın kəşfiyyat idarəsi tərəfindən planlaşdırılıb və həyata keçirilib. O zaman Əbu Əbd Allah Sadiq kimi tanınan Belhac hazırda Liviyanın üsyançıların başçılıq etdiyi müvəqqəti hökumətində ordu başçısıdır. Belhac Liviyaya göndərilməzdən əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən işgəncələrə məruz qaldığını deyib. O, sonradan Liviya hökuməti tərəfindən ona işgəncə verildiyi və Britaniya agentləri tərəfindən istintaq edildiyini bildirib.

.