Prezident Donald Tramp deyib ki, baş nazir Tereza Meyin Brexit planı planlaşdırıldığı kimi davam etsə, ABŞ Britaniya ilə ticarət razılığı imzalamayacaq.
Tramp mühafizəkar “The Sun” Britaniya qəzetinə deyib ki, razılıq baş tutmayacaq. Ona görə ki, ABŞ Britaniya əvəzinə Avropa İttifaqı ilə razılıq əldə edəcək.
Tramp həmçinin deyib ki, Mey Brtianiyanın Avropa İttifaqından çıxışına dair danışıqları necə aparmaq barədə onun məsləhətinə məhəl qoymayıb.
Meyin müraciəti cümə günü tamamlanıb.
Bunun ardınca onun mövqeyi ilə razılaşmayan kabinetinin iki üzvü, xarici işlər naziri Boris Conson və Brexit kaitibi Deyvid Davis vəzifələrindən istefa verib.