Britaniya İranın ballistik raketləri sınaqdan keçirdiyini bildirib

Britaniya İranın ballistik raketləri sınaqdan keçirdiyini bildirib

Böyük Britaniyanın xarici işlər naziri Vilyam Haq İranın gizli şəkildə BMT-nin 1929-cu il qətnaməsinə zidd olaraq nüvə başlıqları daşıyan ballistik raketləri sınaqdan keçirdiyini bildirib. Bu gün Britaniya parlamentində danışan nazir deyib ki, İran bundan əlavə raketvuran qurğuları da eksperimentdən keçirir. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Britaniyanın ittihamlarını rədd edib. O, İranın sınaqdan keçirdiyi heç bir raketin nüvə qabiliyyətli olmadığını deyib. İran bazar ertəsindən bəri 10 günlük hərbi təlimlərə başlayıb.