London yaxınlığında yük maşınında 39 cəsəd aşkar edilib

Britaniya polisi çərşənbə günü Londonun şərqindəki sənaye bölgəsində bir yük maşinindakı konteynerdə Bolqarıstandan olduqlarına inanılan 39 cəsəd aşkar edib.

Təcili yardım xidməti konteynerdəki insan cəsədlərini Londondan təxminən 32 km məsafədəki Qreys adlanan sənaye ərazisində tapılıb.

Polis yük maşınının Şimali İrlandiyadan olan 25 yaşlı bir sürücünün qətllərdə şübhəli bilinən şəxs kimi həbs edildiyini bildirib. Baş nazir Boris Conson hadisənin onu dəhşətə gətirdiyini deyib.

"Mənə hadisə ilə bağlı müntəzəm olaraq məlumat verilir və Daxili İşlər Nazirliyi Essex polisi ilə sıx əməkdaşlıq edəcək" - deyə, Boris Conson Twitter-də yazıb.

Polis maşının səfərinə Bolqarıstandan başladığını bildirib.