Britaniya parlamenti erkən seçkini bir daha rədd edib

Britaniyanın baş naziri Boris Conson

Britaniya parlamenti baş nazir Boris Consonun Brexit məsələsini həll etmək üçün erkən seçki keçirmək planını ikinci dəfə rədd edib. Conson Avropa İttifaqının Avropa liderləri arasında keçiriləcək sammitindən öncə Brexit planının təsdiq olunması üçün parlamentdə çoxluğu ələ keçirmək məqsədilə oktyabrın 15-də erkən seçkilərə çağırıb.

Çərşəndə axşamı baş tutan səsvermədən sonra Conson parlamenti beş həftəlik müddətə, yəni kraliça hökümətin gələn il üçün nəzərdə tutduğu qanunvericilik planlarını açıqladığı parlament qarşısındakı illik çıxışınadək təxirə salıb.

Parlament yeni seçkini Britaniya kraliçası Elizabet Consonun ölkəni oktyabrın 31-də razılıq əldə etmədən Avropa İttifaqından çıxarmaq planının qarşısı alan qanun layihəsini təsdiq edəndən bir neçə saat sonra rədd edib.

Conson bazar ertəsi Brexitin parlamentin ötən həftə qəbul etdiyi yeni qanuna rəğmən oktyabrda baş tutacağında təkid edib. Lakin o bunun necə baş verəcəyini söyləməyib.

“Bu hökümət bir daha Brexiti təxirə salmayacaq”, o deyib.

Consonun parlamentin işini təxirə salmasının əleyhinə çıxanlar arasında İcmalar Palatasının spikeri Con Berkov olub.

Baş nazirin Brexiti oktyabrın sonunadək həyata keçirə bilməsi üçün çox az seçimi var. Buna oktyabrda keçiriləcək sammitdə Aİ liderlərini yeni razılıq əldə etməyə razı salmaq və ya qanunvericiləri razılıqsız Brexiti təsdiqləməyə inandırmaqdır.

Bundan əlavə parlament bazat ertəsi hökümətdən “razılıqsız” Brexitə hazırlıq səylərinə aid bütün sənədləri açıqlamasını tələb edən qanun layihəsini təsdiq edib.

Conson iyul ayında baş nazir olandan öncə parlament sabiq baş nazir Tereza Meyin irəli sürdüyü Brexit planlarını üç dəfə rədd edib.

Lakin İcmalar Palatasınım üzvləri Britaniya ittifaqı tərk edəndən sonra ölkənin Aİ ilə ticarəti, habelə Britaniyaya məxsus Şimali İrlandiya ilə Aİ üzvü olan İrlandiya arasında sərhəd keçidi ilə bağlı razılıq əldə etməyib.

Consonun razılıqsız Brexit planları parlamentdəki əksəriyyət tərəfindən rədd edilib. Onlar arasında Uinston Çörçilin nəvəsi də daxil olmaqla 21 mühafizəkar qanunverici olub. Conson onları partiyadan çıxarıb.