Britaniya ilə Avropa İttifaqı arasında gərginlik Brexit-dən sonra da davam edir
Your browser doesn’t support HTML5
Britaniyanın cümə günü Avropa İttifaqından ayrılmasından sonra onların arasında gələcək münasibətlərlə bağlı rəsmi danışıqlar başlamasa da, gərginlik artır. Brüssel bildirir ki, Britaniya azad ticarət razılığı əldə etmək üçün Avropa İttifaqın;n standartlarına uyğunlaşmağı vəd etməlidir. London isə bunu etməyəcəyini təkid edir. Rəsmi danışıqların ən azı növbəti bir ay ərzində başlamayacağı gözlənilir.