İran parlamentinin sözçüsü Əli Larijani bu gün bildirib ki, nümayişçilər Britaniya səfirliyinə hücum edən zaman İran polisi onların qarşısını almağa çalışıblar. Britaniya səfirliyinə hücum beynəlxalq tənqidə səbəb olub. Çin Xarici İşlər Nazirliyi bildirib ki, hadisə beynəlxalq qanun və normalara ziddir və qanunauyğun şəkildə araşdırılmalıdır.
Britaniya hökuməti İran diplomatlarını ölkədən çıxarır və İranın Londondakı səfirliyinin dərhal bağlanmasına sərəncam verib. Xarici işlər naziri Viliam Heyq qərarı bu gün elan edib. O, parlamentə də bildirib ki, İranın Londondakı və ölkəsinin də Tehrandakı səfirliklərinin bağlanması barədə qərar qəbul edilib. Britaniya İran diplomatlarının 48 saat ərzində bu ölkədən çıxmasına göstəriş verib.
Britaniya hökuməti diplomatik heyətinin bir qismini İrandan çıxarır. Norveç hökuməti dünən İranın paytaxtında Britaniya səfirliyinin binasına edilən hücumdan sonra Tehrandakı diplomatik fəaliyyətini dayandırıb və səfirliyini bağlayıb.
Britaniyanın xarici işlər naziri parlamentə açıqlamasında, görülən tədbirlərlə ölkəsinin İranla diplomatik əlaqələrini kəsmədiyini ancaq ən aşağı səviyyəyə endirdiyini bildirib.
Britaniya xarici işlər nazirliyi səfirliyin işçilərinin və onların ailələrinin əsas prioritet olduğunu nəzərə alaraq bu gün evakuasiyaya sərəncam verdiyini bildirib.
Britaniya baş naziri Deyvid Kameron İranın Britaniya elçiliyini islamçı qüvvələrdən qoruya bilmədiyinə görə ciddi fəsadlarla üzləşəcəyini deyib.