Britaniya Brexitdən sonrakı dövr üçün iki illik keçid planı irəli sürəcək

Britaniya baş naziri Teresa Meyin Britaniyanın 2019-cu ilin martın 29-da Avropa İttifaqından rəsmən ayrılmasından sonrakı dövr üçün iki iliik keçid planı təqdim edəcəyi gözlənilir.

Meyin ofisi onun cümə günü İtaliyanın Florensiya şəhərində edəcəyi çıxışın fraqmentlərini bölüşərək Brexitin “rahat” başa çatması üçün hər iki tərəfin üzərinə məsuliyyətin düşdüyünü bildirib.

Çıxışından öncə Mey Britaniyanın mövqeyini yekunlaşdırmaq üçün kabinet üzvləri ilə iki saatlıq görüş keçirib.

Meyin çıxışı Avropa İttifaqı tərəfdarları ilə danışıqların dördüncü və beşinci raundundan öncəyə təsadüf edir, çünki hazırkı məsələlər həll olunmayanadək danışıqlar davam etdirilə bilmir, baxmayaraq ki, Britaniya ticarət və təhlükəsizlik sahələrində gələcək əməkdaşlıqları müzakirə etmək istəyir.

Britaniya mediası Meyin keçid dövrü üçün 24 milyard dollar ayıracağını desə də, ekspertlər bu rəqəmi gözləmirlər.