Qanunvericilər Boris Consonun Avropa İttifaqının razılıqsız Brexit təklifinin əleyhinə səs verərək, onu məğlub edəndən sonra, Britaniya baş naziri çərşənbə axşamı oktyabrın 15-də erkən seçkinin keçirilməsinə çağırıb.
Parlamentdə baş tutan bu səsvermə ilə Brexit məsələsi qeyri-müəyyən olaraq qalır. Mümkün nəticələr arasında razılıqsız Brexitdən tutmuş Brexitin tamamilə ləğv olunmasına kimi bir çox seçim var. Lakin Birləşmiş Krallıqdakı əksər seçicilər hər iki seçimin əleyhinədir.
Çərşənbə günü müaxlif qanunvericilər Consonun mənsub olduğu Mühafizəkarlar Partiyasının 21 üzvünün dəstəyi ilə höküməti məğıub edərək, Britaniyanın Avropa İttifaqını tərk etməsini üç ay müddətə təxirə salacaq qanun qəbul etməyə icazə verəcək təklifi dəsətkləyib.
Conson Brexitin oktyabrın 31-dən sonraya təxirə salınmasına icazə verməyəcəyinə söz verib və Leyboristlər partiyasının lideri Ceremi Korbini oktyabrın 15-də erkən seçkinin keçirilməsini qəbul etməyə çağırıb.
Lakin erkən seçkinin keçirilməsi üçün qanunvericilərin üçdə ikisi onu dəstəkləməlidir. Müxalifət partiyaları isə seçkinin keçirilməsini dəstəkləmədənöncə razılıqsız Brexitin qarşısını almaq istəyir.
Conson deyib ki, onun strategiyası oktyarbın 17-də Avropa İttifaqı sammitində Brexit razılığı əldə etmək və “Brexiti həll etməkdir”.