Britaniya şahzadəsinin ürəyi müalicə edilir

  • Amerikanın səsi

Britaniya şahzadəsinin ürəyi müalicə edilir

Bakinqham sarayının nümayəndələrinin bildirdiyinə görə Britaniya şahzadəsi Filip ürək arteriyasında aparılan əməliyyatdan sonra həkim nəzarətində qalacaq. O, artıq üç gecədir ki, xəstəxanadadır. Kral sarayın sözcüsü bu gün şahzadənin əhval-ruhiyyəsinin yaxşı olduğunu və qısa bir müddət xəstaxanada qalacağını deyib. 90 yaşlı şahzadə cümə günü uğurlu müalicə alıb. Şahzadə sinəsində ağrı hiss etdikdən sonra Kembriceşirdə Papworth xəstəxanasına çatdırılıb. Şahzadə Filip xəstəxananı tərk etməsini səbirsizliklə gözləyir. O, Milad bayramını kral ailəsi ilə bərabər keçirə bilməyib və hər il keçirilən Boksinq Günü atışma turnirində də iştirak edə bilməyəcək.