Britaniyanın baş naziri Deyvid Kameron deyib ki, Taliban beynəlxalq qüvvələrin Əfqanıstanda təhlükəsizliyə nəzarəti yaraqlılarla mübarizə aparmağa qadir olan əfqan qüvvələrinə təhvil verəcəyinə şübhə etməməlidir.
Cənab Kameron bu gün Kabildə Əfqanıstan prezidenti Həmid Karzayii ilə birgə mətbuat konfransında bildirib ki, qlobal tərəfdaşlar 2014-cü ildə xarici qüvvələr Əfqanıstandan çıxarılandan sonra da ölkədə təhlükəsizliyin təmin edilməsi işinə sadiqdir.
O deyib ki, yaraqlıların fəaliyyətinə siyasi danışıqlar və Əfqanıstanla Pakistan arasında işin daha yaxşı əlaqələndirilməsi vasitəsilə son qoyulsa ölkədə daha da artıq tərəqqiyə nail olmaq mümkündür. Lakin o əlavə edib ki, xarici qüvvələrin ölkədə təhlükəsizliyə nəzarəti əfqanların özünə təhvil verməsi bundan asılı olmayacaq.
Liderlər bu gün Pakistanın baş naziri Raja Pərviz Əşrəflə də danışıqlar aparacaq.
Britaniyanın hazırda Əfqanıstanda təxminən 9500 əsgəri xidmət göstərir.