Şərm Əl-Şeyxdən Britaniya vətəndaşlarının evakuasiyası dayandırılıb

Misirin Britaniya təyyarələrinin üsyançıların fəaliyyətdə olduğu region üzərindən uçmalarına qadağa qoymasından sonra yüzlərlə britaniyalının Sinay yarımadasındakı kurortdan evakuasiyası təxirə salınıb.

Britaniyanın EasyJet hava yolları şirkətinin bildirdiyinə görə, cədvələ əsasən on təyyarədən yalnız ikisi Şərm Əl-Şeyx aeroportuna enib və bu gün geri qayıtmalıdır. Misir rəsmiləri uçuşların təxirə salınması ilə bağlı heç bir açıqlama verməyib.

224 sərnişin və uçuş heyətinin həlak olduğu təyyarənin bomba səbəbindən qəzaya uğradığı deyiləndən sonra Britaniya çərşənbə günündən bəri Sinay yarımadasına və geri bütün uçuşları dayandırmışdı.

London bildirib ki, Britaniya ilə Misir rəsmilərinin Şərm Əl-Şeyxhava limanında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı razılıq əldə etməsindən sonra bu gün uçuşlar bərpa ediləcək.

Bu arada Rusiya prezidenti Validimir Putin Misirə bütün ticarət uçuşlarının dayandırılmasına göstəriş verib.

Belə ki, son dəlillər Rusiyanın Sunay yarımadasında qəzaya uğrayan təyyarəyə bomba yerləşdirildiyinə işarədir. Qəza 224 adamın ölümünə səbəb olub.

Uçüşlar qəzanın səbəbi araşdırılanadək bərpa edilməyəcək.