Böyük Britaniya iqtisadi məhdudiyyətlər fonunda Rusiya və Çindən gələn təhlükələrə qarşı çıxmağa çalışır

Your browser doesn’t support HTML5

Böyük Britaniya iqtisadi məhdudiyyətlər fonunda Rusiya və Çindən gələn təhlükələrə qarşı çıxmağa çalışır

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Çinin yaratdığı çətinliklər, stateji təhdidlərlə maliyyə çətinlikləri arasında balans yaratmağa çalışan Britaniyanı bu həftə yenilənmiş müdafiə strategiyasını dərc etməyə vadar edib.

Britaniyanın “İnteqrasiya edilmiş İcmal Yeniləməsi”ndə deyilir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi o deməkdir ki, Qərbin kollektiv təhlükəsizliyi indi əslində münaqişənin nəticəsinə bağlıdır.

“Bu, Birləşmiş Krallığı bizə birbaşa təhdidlərin artıq çox yaxınlaşdığını və əslində Birləşmiş Krallığın - ötən il gördüyümüz kimi - Avropadakı, xüsusilə Avropanın şərq cinahındakı müttəfiqlərini hərbi dəstəklə təmin etmək üçün güclü mövqedə olduğunu idrak etməyə məcbur edib,” Chatham House-dan Deyvid Lourens deyir.

Britaniyanın illik 58 milyard dollar müdafiə xərclərinə əlavə olaraq, icmal komitəsi növbəti iki ildə əlavə 6 milyard dollar xərclənəcəyini bildirir. Bu puldan 2.3 milyard dollar Ukraynaya dəstək çərçivəsində tükənən sursat ehtiyatlarının artırılmasına sərf olunacaq.

İcmalda Brtianiyanın müdafiə xərclərini ÜDM-nun 2.5 faizinədək artırmaq niyyəti yenidən vurğulanıb. Ancaq bu məqsədə 2030-cu ilədək çatmaq hədəfi çıxarılıb.

“Birləşmiş Krallıq həqiqətən də qlobal Britaniya olmaq istəyirsə, dünya səhnəsində bir güc istəyirsə, Rusiya və Çinə cavab verməyə gəldikdə sürünün önündə olmaq istəyirsə, bizim bunu üçün pula ehtiyacımız car. Hazırda biz ikinci dərəcəli iqtisadiyyatla ABŞ, Çin və Rusiya ilə rəqabət aparan birinci dərəcəli ordunu idarə etməyə çalışırıq. Çünki biz hazırda bir çox həmkarlarımızdan geri qalırıq,” Lourens deyir.

Britaniyanın Çinə qarşı mövqeyi böyük diqqət cəlb edib. Baş nazir Rişi Sunak deyib ki, Çin “dövrü müəyyən edən çətinlik” yaradır.

“O, bizimkindən əsaslı şəkildə fərqli dəyərlərə malik bir ölkədir və onun son bir neçə il ərzində davranışı diqqəti cəlb edir; Daxildə daha avtoritar, xaricdə isə daha iddialıdır,” Sunak deyib.

Ancaq Sunak partiyasında bəzilərinin təzyiqlərinə baxmayaraq, Çini “təhlükə” adlandırmayıb.

“Çinin siyasəti dəyişə bilər və heç kəs Çinin Tayvanı işğal edib-etməyəcəyini, Çinin bu çox iddialı yolda irəliləməyə davam edib-etməyəcəyini bilmir. Məncə [Britaniya] hökuməti variantlarını açıq saxlamaq istəyir. Düşünürəm ki, Böyük Krallıq həm də Çinin qlobal problemlərin həllində birlikdə işləmək üçün vacib ölkə olacağını qəbul edir,” Lourens bildirib.

Birləşmiş Krallıq ABŞ və Avstraliya ilə AUKUS Hind-Sakit Okean müdafiə sövdələşməsinin bir hissəsi olaraq Avstraliya donanmasına nüvə enerjisi ilə işləyən sualtı qayıqlarının çatdırılmasınına da əlavə 3,6 milyard dollar xərcləyəcək. Pekin bu razılaşmanın bölgəni “təhlükəli yola” saldığını bildirib.