Britaniya kraliçası Yelizaveta bu gün rəsmi olaraq, Parlamenti baş nazir Tereza Mey hökumətinin qanunvericilik paketini açıqlayan çıxışı ilə açıb.
Paket özündə Britaniyanın keçən il keçirdiyi referendumda Avropa Birliyini tərk etməsi və hazırda Britaniya ilə Avropa Birliyi arasındakı müzakirələrin davam etməsi kimi məsələləri birləşdirir. Parlament üzvləri gələn həftə ünvanlanan maddələrin təsdiqlənməsi barədə səsvermədə iştirak edəcək.
Kraliça Yelizaveta çıxışında baş nazirin prioritetlərini vurğulayıb.
Brekxit danışıqlarının uğurla sona çatdırılması üçün hökumətinin mövqeyini gücləndirmək istəyən Tereza Meyin partiyası bu ayın əvvəlində keçirilən erkən seçkilərdə məğlubiyyətə uğradı.
Ticarət razılaşmaları və hərəkət azadlığı kimi mövzularla əlaqədar mürəkkəb danışıqlar səbəbi ilə Brexit prosesinin 2019-cu ilin sonunadək başa çatdırılması planlaşdırılır.