Azərbaycan Birləşmiş Ştatlar üçün mühüm tərəfdaşdır. Azərbaycana səfərimin məqsədi əlaqələrimizi genişləndirmək olub”. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink Azərbaycana səfərinin yekunları ilə bağlı iyunun 24-də ABŞ-ın Bakıdakı səfirliyində keçirdiyi mətbuat konfransında bildirib.
O Azərbaycanda keçirdiyi görüşləri müsbət və konstuktiv adlandırıb.
Xanım Bricet Brink səfəri zamanı müxtəlif dövlət rəsmiləri, prezidnet İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, müxalifət qrupunun təmsilçiləri, eyni zamanda bu yaxınlarda azadlığa buraxılan siyasi məhbuslarla görüşüb.
Azərbaycan ABŞ üçün çox vacib olan bir tərəfdaşdır. Bizim təhlükəsizlik sahəsində tərəfdaşlığımız, təhlükəsizliyə aid olan əməkdaşlığımızın ayrılmaz və çox vacib bir hissəsisdir.
”Biz təhlükəsizlik, iqtisadiyyat, enerji, demokratiya və insan hüquqları sahəsində münasibətlərimizi inkişaf etdiririk. Görüşlərimdə bu kimi məsələlərə toxunmuşam, bu istiqamətlərdə inkişafın əldə edilməsi üçün danışıqlar aparmışam. Azərbaycan ABŞ üçün çox vacib olan bir tərəfdaşdır. Bizim təhlükəsizlik sahəsində tərəfdaşlığımız, təhlükəsizliyə aid olan əməkdaşlığımızın ayrılmaz və çox vacib bir hissəsisdir. Biz Azərbaycanla birgə işləyərək transmilli təhlükələrə və terrorizmə qarşı mübarizəni davam etdirəcəyik”.
O enerji sahəsində də Azərbaycanla ABŞ arasında olan tərəfdaşlıq davamlı şəkildə inkişaf etdiyini diqqətə çatdırıb.
“Səfərdə olduğum zaman bizim 22 illik münasibətlərimizin rəmzi olan Səngəçal terminalında oldum”.
İqtisadi sahənin genişləndirilməsi istiqamətində də hər iki dövlət fəaliyyətini davamlı olaraq inkişaf etdirir.
Düşnürəm, bu kimi fəaliyyətin nəticəsində Azərbaycana ABŞ-dan daha çox sərmayələr gətirilə bilər.
“Görüşlərimin biri Azərbaycan prezidentinin iqtisadi məsələlər üzrə müşaviri ilə oldu. Bu görüşdə bildim ki, Azərbaycan Amerikanı təmsil edən bizneslərlə əlaqədədir və bu sahədə əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Düşnürəm, bu kimi fəaliyyətin nəticəsində Azərbaycana ABŞ-dan daha çox sərmayələr gətirilə bilər”, dövlət katibinin köməkçisinin müavini qeyd edib.
Xanım Brink bnildirib ki, ABŞ Azərbaycanın bu yaxında fəalların, jurnalistlərin və QHT fəallarının azadlığa buraxılması barədə qərarını çox alqışlayıb.
Azərbaycanın uğuru və sabitliyi, ümumiyyətlə cəmiyyət daxilində müxtəlif səslərin mövcudluğundan asılıdır.
“Azərbaycana səfər etdiyim zaman bu insanların bir neçəsi ilə görüşmək imkanına malik oldum. Bunun nəticəsində qeyd edə bilərəm ki, Azərbaycanın uğuru və sabitliyi, ümumiyyətlə cəmiyyət daxilində müxtəlif səslərin mövcudluğundan asılıdır”.
O səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi istiqamətində də görüşlər keçirib.
“Biz bu mövzuya da toxunduq. Görüşlər zamanı ABŞ-ın üzərinə götürdüyü öhdəliyi yenidən vurğuladım. Bu öhdəlik bilavasitə iki tərəfin Vyanada və Sankt-Peterburqda əldə etdiyi razılaşmaların irəliyə getməsindən ibarətdir. Yenidən vurğulamaq istərdim ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc, davamlı və tam şəkildə həll yolunun əldə olunması istiqamətində öz öhdəliyini yenidən vurğulayır”, qeyd edib.
ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc, davamlı və tam şəkildə həll yolunun əldə olunması istiqamətində öz öhdəliyini yenidən vurğulayır.
Xanım Brink REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovla bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarının yerinə yetirilməməsi ilə bağlı suallın cavabında deyib ki, ABŞ insan haqları ilə bağlı məslələrdə həmişə fəal olub.
“Siyasi məhbusların azadlığa buraxılması məsələsinə anlayışla yanaşırıq və dəstək verməkdə davam edirik. Müxtəlif qruplarla, eyni zamanda vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlərimiz zamanı üzərimizə götürdüyümüz bu kimi öhdəliyi hər zaman vurğulamışıq”.
Səfər zamanı Xəzərdə təhlükəsizlik və Orta Asiya ölkələri ilə birgə layihələrin həyata keçirilməsinin danışıqların mözusu olub-olmaması ilə bağlı Amerikanın Səsinin sualının cavabında dövlət katibinin köməkçisinin müavini deyib ki, ümumi təhlükəsizliyə və enerjiyə aidyyəti olan məsələlər ətrafında müzakirələr aparılıb.
Yeni İpək Yolunun kerçəkləşməsi nəticəsində yol ayrıcında olan Azərbaycan malların, əmtəənin daşınması istiqamətində bir mərkəzə çevrilə bilər.
“Yeni İpək Yolu konsepsiyasını nəzərdən keçirdik. Bu barədə danışmışıq. Yeni İpək Yolunun kerçəkləşməsi nəticəsində yol ayrıcında olan Azərbaycan malların, əmtəənin daşınması istiqamətində bir mərkəzə çevrilə bilər. Bu iqtisad inkişaf və iqtisadi təhlükəsizliyin bir hissəsidir. Bu kimi təşəbbüslərə anlayışla yanaşırıq”.
Həbsdə olan jurnalist və siyasi məhbusların azadlığa buraxılması məsləsininprezident İlham Əliyevlə danışıqların mövzusu olub-olmaması barədə suala cavabda xanım Brink deyib ki, təhlükəsizlik, enerji, demokratiya və insan haqları məsləsi iki ölkə arasındakı çox sıx əlaqələr olan məsələ kimi nəzərdən keçirilir.
Qanunun aliliyinin Azərbaycanda inkişafı və ya korrupsiyaya qarşı aparılan mübarizə bilavasitə iqtisadi baxımdan öz töhfəsini verir.
“Qanunun aliliyinin Azərbaycanda inkişafı və ya korrupsiyaya qarşı aparılan mübarizə bilavasitə iqtisadi baxımdan öz töhfəsini verir. Ən azından xaricdən gələn sərmayədarlarda bir növ etmad hissi doğurur. Bu məsələlər təhlükəsizliyə çox böyük təsir göstərir. Bu üç aspekt və bu üç aspektin bir-biri ilə əlaqələri barəsində də müzakirələr apardıq”, o qeyd edib.