Brexit səsverməyə çıxarılıb

Britaniya parlamenti bu gün baş nazir Tereza Meyin Avropa İttifaqından çıxmaq razılığını səsə qoyub.

Mey daha əvvəl dekabra təyin edilən səsverməni təxirə salmışdı. Bu, baş nazirin razılığın təsdiqi üçün kifayət qədər səs toplaya bilməyəcəyini təxmin etməsi ilə izah edilib. O zamandan bəri hər hansısa ciddi dəyişiklik müşahidə edilmir.

Brexitin tərəfdarları və ona qarşı çıxanlar razılığın şərtlərini qəbul etmir.

Qanunvericilərin bəziləri ikinci referendumun keçirilməsini təklif edir. Digərləri isə Brexit prosesini Mey və onun kabinetinin nəzarətindən alınaraq, parlamentə verilməsii istəyir.