Brett Kavano Ali Məhkəmənin hakimi vəzifəsinə təsdiq edildi

ABŞ Senatının seksual qısnama ittihamları ilə bağlı bir neçə həftədir sürən mübahisələrdən sonra Brett Kavanonu Ali Məhkəmənin hakimi vəzifəsinə təsdiq edib. O, and içərək vəzifəsinə başlayıb.

Kavanonun Ali Məhkəmənin hakimi kimi xidmət göstərmək şansları cümə günü nüfuzlu iki senator-respublikaçı Süzan Kollins və demokrat Co Mançinin onun nominasiyasının təsdiq edilməsinə səs verəcəklərini bildirməsindən sonra artmışdı.

Senator Kollins Kavanoya qarşı ittihamlara dair kifayət qədər dəlil olmadığını bildirib. O əlavə edib ki, bu qərar onun seksual qısnama ilə bağlı iddiaları rədd etdiyi kimi başa düşülməməlidir.

Kavano 50-48 səslə təsdiqini əldə edib. respublikaçı sentor Stev Deynes qızının toy mərasimində iştirak etdiyi üçün səsverməyə qatılmayıb.

Prezident Donald Tramp səsvermədən sonra tvit edərək Senatı Kavanonun təsdiqinə görə təbrik edib.

Ali Məhkəməyə namizəd Kavano tərəfindən yeniyetmə yaşlarında seksual qısnamaya məruz qaldığını iddia edən qadın keçən həftə Senatın Ədliyyə Komitəsində ifadə verib.

Kristin Bleysi Ford Kavanonun 1982-ci ildə onların hər ikisinin məktəbdə oxuduğu zaman ona təcavüz etdiyi barədə danışıb. Ədliyyə komitəsində ondan sonra ifadə verən Brett Kavano professor Ford tərəfindən irəli sürülmüş ittihamları rədd edib.