Brett Kavano: Hər bir işə hörmət və açıq dünya görüşü ilə yanaşacağam

Brett Kavanonun ABŞ-ın Ali Məhkəməsinə təyinatı ölkədə ciddi parçalanmaya səbəb olub.

Kavano hər bir işə hörmət və açıq dünya görüşü ilə yanaşacağına and içib.

"Hər bir amerikalı əmin olmalıdır ki, mən müstəqil və tərəfsiz, qanun altında bərabər bir hakim olacağam. Özümü qanunla bərabər ədalətə həsr edəcəyəm”- deyə, Kavano vəd verib.

Müstəqil məhkəmə ekspertləri Kavanonun qanunun daha mühafizəkar şərtləri ilə çalışacağını deyir.

O, and içməzdən əvvəl prezident Tramp Kavano və onun ailəsindən məktəb illərində qıza seksual təcavüz cəhdində günahlandırıldığı üçün üzr istəmişdi.

Kavano ittihamları rədd edib.

Federal Təhqiqat Bürosu bununla bağlə qeyri-kriminal istintaq başlatsa da, onun nə günahkar, nə də günahsız olduğu barədə nəticə əldə edilməyib.

Kavano Senatda 50-48 səslə təsdiq edildikdən sonra ötən şənbə günü and içərək vəzifəsinə başlayıb.