Braziliyada şəhərlərə xususi təyinatlı polis qüvvələri yerləşdirilir

Nümayişçilər ölkədə yüksək vergilər, ictimai nəqliyyat qiymətlərinin artması və korrupsiyaya etiraz edirlər
Braziliyada hökümət xərclərinə qarşı etirazlar getdikcə böyüyür. Hökümət rəsmiləri Konfederasiya futbol kubokunun keçirildiyi şəhərlərə polis qüvvəsini səfərbər edib.

Braziliyanın çoxsakinli şəhərlərindən olan Sao Pauloda 50000 insan baş katedralda bir araya gəlib. Dinc nümayişlərə 250000 insan qatılıb. Kiçik radikal qrup ilə polis arasında toqquşma baş verib.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, konfederasiya futbol kubokunun keçiriləcəyi altı şəhərdən beşinə xususi polis qüvvələri göndəriləcək.

Keçən həftə birinci etiraz dalğası nümayişçiləri ictimai nəqliyyatda qiymətlərin artırılmasına görə baş qaldırmışdı. Braziliyalılar vergi və qiymətlərin yüksəkliyinə baxmayaraq keyfiyyətin aşağı olmasından və hökümət müəssələrindəki korrupsiyadan bezdiklərini deyirlər.

Nümayişçilə ehtiyacların qarşılanmadığı bir şəraitdə gələn il keçirilməsi nəzərdə tutulan Furbol Üzrə Dünya Çempionatı və 2016-cı ildə Olimpiya oyunlarına ev sahibliyi etmək istəyən hökümətin milyardlarla dollar xərcləməsinə etiraz edir.

Braziliya prezidenti Dilma Rousseff şikayətləri dinləyəcəyini deyib.