Braziliyada nümayişçilər prezidentin istefasını tələb edir

Braziliyanın prezidenti Dilma Russef sabiq prezident Luiz İnasio Lula da Silviyanı prezident aparatına rəhbər təyin etdiyi üçün etirazçılar onun istefasını tələb edir.

Braziliyanın bir neçə rayonunda nümayişçilər prezidentin bu addımını qınayaraq, Lulanın vəzifəyə gətirilməsini onun dövlət neft şirkəti vasitəsi ilə şirkli pulların yuyulması ilə bağlı ittihamlardan qorumaq kimi qiymətləndirirlər.

Petrobras neft şirkətində tədqiqatlara rəhbərlik edən hakim bildirib ki, prezident və Lula arasında gedən telefon danışığında Lula ittihamlardan qurtulmaq üçün kömək istəyib.

Prezidentin kabinetinin üzvü kimi Lulanı sadəcə Braziliya Ali Məhkəməsi mühakimə edə bilər.

Lula Petrobras qalmaqalı ilə bağlı ittihamları qəbul etmir.